Notarius yoxlama aparılan zaman bütün tələb olunan sənədləri təqdim etməyə borcludur.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Yoxlamanın nəticəsinə əsasən xüsusi notarius barəsində intizam icraatı başlana bilər.
Dövlət notariuslarına münasibətdə isə qanunvericiliklə nəzərdə tutulmuş intizam məsuliyyəti tətbiq edilir.
Yoxlamaların keçirilməsi qaydası ayrıca müəyyən olunur.
