ABŞ və İran yeni müvəqqəti atəşkəsə razılaşıb.
Heftelik.az xəbər verir ki, Pakistan hökumətindəki mənbələr Anadolu Agentliyinə ABŞ və İranın avqustun 17-də müddəti başa çatacaq İslamabad Memorondumu çərçivəsində 60 günlük atəşkəsin uzadılması ilə bağlı “razılığa gəldiyi”ni bildirib.
Mənbə atəşkəsin avqustun 17-dən sonra hansı müddətə uzadılacağı ilə bağlı tərəflərlə təmasların davam etdiyini qeyd edib.
Qeyd edək ki, ABŞ və İsrailin İrana hücumları ilə başlayan müharibəyə son qoymaq məqsədilə Vaşinqton və Tehran iyunun 17-də İslamabad Memorondumu imzalayıb. Memoronduma əsasən, yekun razılaşmanın əldə olunması üçün 60 günlük danışıqlar müddəti nəzərdə tutulub.
