Notariat sənədlərinin uzunmüddətli saxlanılması üçün dövlət notariat arxivi fəaliyyət göstərir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Arxivdə notariat sənədləri 75 ilədək saxlanılır.
Arxiv hüquqi şəxs statusuna malikdir və onun rəhbəri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur.
Arxiv rəhbəri burada saxlanılan sənədlərin dublikatlarını, surətlərini və çıxarışlarını təsdiq etmək səlahiyyətinə malikdir.
