AzTV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Məmmədli Məqsəd Əlisahib oğlu dənizdə boğularaq ölüb.
Heftelik.az xəbər verir ki, bu barədə AzTV-nin “Facebook” hesabında məlumat verilib.
Onun İnformasiya Proqramları studiyasının prodüseri olduğu bildirilir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən qeyd edilib ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1990-cı il təvəllüdlü Məmmədli Məqsəd Əlisahib oğlunun meyiti aşkarlanıb.
