Yeni tənzimləmələr qiymətli metallar və qiymətli daşlar bazarında şəffaflığın gücləndirilməsinə yönəlib.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Dövlət nəzarəti istehsaldan satışadək bütün mərhələləri əhatə edəcək.
Beynəlxalq standartlara uyğun tələblərin tətbiqi də nəzərdə tutulur.
Nəzarət mexanizmləri qanunsuz dövriyyənin qarşısını almağa xidmət edəcək.
Sahibkarların fəaliyyətinin daha şəffaf qaydada həyata keçirilməsi təmin olunacaq.
Beləliklə, qiymətli metallar bazarında hüquqi tənzimləmə daha da gücləndiriləcək.
