Notariusların fəaliyyətində elektron imzanın tətbiqi qanunla təsbit olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” Qanunda əksini tapıb.
Hər bir notariusun gerbli möhürü, ştampları, blankları və elektron imzası olmalıdır.
Möhürdə notariusun adı, soyadı və işlədiyi notariat ofisinin adı göstərilməlidir.
Korlanmış və istifadəyə yararsız möhür, ştamp və blanklar müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhv ediləcək.
