Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Heftelik.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Nərminə Elsevər qızı Mustafayeva Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Xatırladaq ki, Prezident İlham Əliyevin iyulun 27-də imzaladığı sərəncamla Nərminə Mustafayeva Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu, eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
