Qanun pozuntularına yol verən xüsusi notarius intizam məsuliyyəti daşıyacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Bu məsuliyyət notariat fəaliyyəti zamanı qanunvericiliyin, əmək və icra intizamının pozulmasına görə tətbiq olunur.
İntizam tənbehini müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun səlahiyyət verdiyi vəzifəli şəxs tətbiq edir.
Bu mexanizm notariat fəaliyyətində qanunçuluğun qorunmasına xidmət edir.