“Ukraynaya qarşıdan gələn qışı keçirmək üçün ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatının azı 5%-i lazımdır”.
Heftelik.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, ABŞ ehtiyatlarının 10%-i Ukraynaya verilsə, ölkə Rusiyanın ballistik raketlərinin hamısını məhv edə bilər.
Zelenski onu da qeyd edib ki, Ukraynanın “Patriot” raketləri ehtiyatı demək olar ki, tükənib və hazırda 2025-ci illə müqayisədə 2,5 dəfə az sursat var.
