Alen Simonyan Ermənistan Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin edilib.

Heftelik.az-ın xəbərinə görə, Baş nazir Nikol Paşinyan bununla bağlı fərman imzalayıb.

Alen Simonyan bu vəzifədə Armen Qriqoryanı əvəz edəcək.

Qeyd edək ki, Alen Simonyan daha əvvəl Ermənistan parlamentinin sədri olub.