Avropa Liqasının üçüncü təsnifat oyununda “Qarabağ” “Dinamo Kiyev” ilə qarşılaşacaq.
Heftelik.az xəbər verir ki, qarşılaşmadan öncə azarkeşlər üçün “Azərsun Holdinq”in təşkilatçılığı ilə Tofiq Bəhramov stadionunun önündə xüsusi fan zona yaradılacaq.
Fan zonada əyləncəli proqram 13 avqust 18:00-dan başlayacaq. Proqram çərçivəsində müxtəlif oyunlar, Dj performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq. Eyni zamanda holdinqə aid “Azerçay”, “Joyzz”, “Zeytun Bağları”, “Bizim Süfrə”, “Azərsüd”, “Shokki Mokki”, “Bizim Tarla” markaları gələn qonaqlara öz məhsullarını ikram edəcəklər.
