“Qarabağ”ın vingeri Aleksey Kaşuk yay “transfer pəncərəsi”ndə Ağdam klubundan ayrıla bilərmiş.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, ona müxtəlif təkliflər edilib.
“Qarabağ”ın digər futbolçusu Leandro Andradeni heyətinə qatan Ukraynanın “Polissya” klubu Kaşuku da almaq fikrində imiş. Hətta onlar Azərbaycan klubu ilə danışıqlar aparıb. “Qarabağ” da bu keçidə razılıq verib və ukraynalılardan 2 milyon avro istəyib. Qarşı tərəf razılaşsa da, Kaşuk ölkəsinə qayıtmaq istəməyib.
Bildirilib ki, Kaşuka Kiprin “Omoniya” və Xorvatiyanın “Hayduk” klubları da maraq göstəriblər.
Qeyd edək ki, vingerin “Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.
