Türkiyədə şok olay yaşanıb.

Heftelik.az xəbər verir ki, Ədirnədə bir evdə baş verən mübahisə zamanı bir qadına təcavüz etdiyi iddiası ilə döyülən Cümhuriyyət Xalq Partiyasının (CHP) Ədirnə millət vəkili Ahmet Baran Yazgan ilə qarşı tərəf bir-birindən şikayətçi olub.

Hadisə ilə bağlı hüquqi araşdırma başladılıb. CHP sözçüsü Müslim Sarı görüntülərə əks olunan hadisənin bütün aspektləri ilə araşdırılması üçün millət vəkili Yazganın partiyanın Baş Qərargahına çağırıldığını bildirib.

İddiaya görə, CHP-li millət vəkili Ahmet Baran Yazgan Ədirnədə bir evdə görüşdüyü şəxslərlə mübahisə etməyə başlayıb. Yazganın evdəki qadınlara təcavüz etdiyi iddiası ilə başlayan mübahisənin bir müddət sonra daha da qızışdığı bildirilir.

CHP-li millət vəkilini təpikləyib yumruqladılar

Evdə olan bir qadın və kişi CHP-li Yazgana söyüş söyərək onu vurmağa başlayıb. CHP-li millət vəkili əlləri ilə özünü qorumağa çalışıb. Baş verənlər evdə olan şəxslər tərəfindən mobil telefonla qeydə alınıb. Hadisədən sonra tərəflərin bir-birindən şikayətçi olduğu məlum olub.

Qarşılıqlı şikayət

CHP-li millət vəkili Ahmet Baran Yazganın döyüldüyü üçün şikayətçi olduğu, qarşı tərəfin isə Yazgan barəsində təcavüz iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət etdiyi bildirilib. Hadisə ilə bağlı araşdırma başladılıb, tərəflərin ifadələri alınıb və olayın bütün aspektlərinin araşdırıldığı öyrənilib.

Baş Qərargaha çağırıldı

Gündəmə bomba kimi düşən hadisədən sonra CHP sözçüsü Müslim Sarı sosial mediada açıqlama verib. Müslim Sarı bildirib: “Bu gün bəzi sosial media platformalarında görüntüləri yayımlanan Ədirnə millət vəkilimiz Ahmet Baran Yazgan məsələnin bütün aspektləri ilə araşdırılması üçün CHP Baş Qərargahına çağırılıb. İctimaiyyətin nəzərinə hörmətlə çatdırıram”.