İstanbulun Pendik–Kartal sahil yolunda yol kənarında dayanan qadınlarla fahişəlik üçün qiymət danışan sürücülər nəqliyyatın hərəkətini çətinləşdiriblər.

Heftelik.az Lent.az-a istinadən  xəbər verir ki, bəzi sürücülərin qəfil yavaşlaması və avtomobillərini yolun hərəkət hissəsində saxlaması tıxac yaradıb.

Hadisə zamanı nəqliyyatın hərəkəti bəzi ərazilərdə tam dayanma həddinə çatıb. Baş verənlərdən narazı qalan bir sakin həmin anları mobil telefonla çəkərək sürücülərə sərt reaksiya göstərib.

Görüntülərin yayılmasından sonra ərazidə yaşayan sakinlər oxşar hadisələrin mütəmadi baş verdiyini bildiriblər. Onlar Pendik–Kartal sahil yolunda polis nəzarətinin gücləndirilməsini tələb ediblər.