Hörmüz boğazında daha bir tanker dronla hədəfə alınıb.
Heftelik.az xəbər verir ki, bununla bağlı Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları (UKMTO) məlumat yayıb.
Bildirilib ki, tanker Hörmüz boğazından çıxarkən dron zərbəsinə məruz qalıb.
Nəticədə tankerə yüngül ziyan dəyib.
Hadisə insan tələfatına və xəsarətə səbəb olmayıb.
Qeyd edək ki, bundan əvvəl BƏƏ-nin neft şirkətinə məxsus tankerlər Hörmüz boğazında hədəfə alınıb. BƏƏ hadisə ilə bağlı İranı günahlandırıb.
