Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa İttifaqına məxsus tankerləri ələ keçirməklə hədələyib.
Heftelik.az xəbər verir ki, o, bu barədə yerli dövlət televiziyasına müsahibəsində bildirib.
Nazir Aİ-nin “kölgə donanması” terminini rədd edib və bunun beynəlxalq hüquqda heç bir əsasının olmadığını vurğulayıb.
O, Brüsseli öz qərarlarını beynəlxalq hüquqdan üstün tutmaqda ittiham edib.
“Rusiya Prezidenti çox aşkar və sakit şəkildə bəyan etdi ki, biz bu quldurluq və soyğunçuluğa cavab verəcəyik”, – Lavrov diqqətə çatdırıb.
O, hədəflərin Rusiya tərəfindən seçiləcəyini əlavə edib.
XİN rəhbəri ölkəsinin də öz növbəsində həmin ölkələrin tankerlərini ələ keçirəcəyi və bunun Rusiya tərəfindən “lazım olan və düzgün yerdə” həyata keçiriləcəyi ilə bağlı xəbərdarlıq edib.
