Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo uzun fasilədən sonra imicində ciddi dəyişiklik edib.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, 41 yaşlı hücumçu saçlarını mis-qızılı rəngə boyatdırıb.
Futbolçunun yeni görünüşdə çəkilmiş görüntülərini Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu sosial şəbəkədə yayıb.
Ronaldo məhz bu imiclə komandasının düşərgəsinə qayıdıb. Futbolçunun yeni saç rəngi qısa müddətdə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
