Təyyarə sürətində qatar

14 Avqust 2026, 16:36
Çində sınaqdan keçirilən eksperimental “maglev” qatarı sıfırdan saatda 800 kilometr sürətə cəmi 5,3 saniyəyə çatıb.
Heftelik.az Bakupost.az-a istinadən xəbər verir ki, Hubei əyalətindəki 1 kilometrlik sınaq xəttində keçirilən test “East Lake Yüksək Sürətli Dəmiryolu Laboratoriyası” tərəfindən hazırlanıb.
Sistemin əsasını maqnit qaldırma və elektromaqnit itələmə texnologiyası təşkil edir. Bu texnologiya qatarın relslə fiziki təmasını aradan qaldıraraq sürtünməni əhəmiyyətli dərəcədə azaldır və yüksək sürətə daha qısa müddətdə çatmağa imkan verir.
Tədqiqatçıların uzunmüddətli məqsədi saatda 1000 kilometr sürətə çata bilən “maglev” sistemləri hazırlamaqdır.
Qeyd edək ki, texnologiyanın gələcəkdə yalnız sərnişin daşımalarında deyil, kosmik aparat və peyklərin buraxılması üçün elektromaqnit sistemlərində də istifadə edilə biləcəyi bildirilir.