“28 May”dan “Dərnəgül”ə doğru sonuncu qatar yola salınıb.

“Bakı Metropoliteni” QSC- dən Heftelik.az-a verilən xəbərə görə, avqustun 15-i “Həzi Aslanov” istiqamətindən gələn qatar saat 00:32-də “28 May” stansiyasından sonuncu dəfə “Dərnəgül”ə doğru hərəkət edib.

Bu son səfər Bakı metrosunun inkişafında yeni dövrün başlanğıcına doğru atılan mühüm addımdır.