Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyi Milli Neft Şirkətinə məxsus gəminin Hörmüz boğazından keçərkən hədəfə alınmasını qətiyyətlə pisləyib.
Heftelik.az xəbər verir ki, bu barədə BƏƏ XİN-nin bəyanatında bildirilib.
BƏƏ XİN gəminin Hörmüz boğazından keçərkən hədəfə alınmasını Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinin açıq şəkildə pozulması kimi qiymətləndirib.
Bəyanatda İslam İnqilabı Keşikçiləri Korpusunun kommersiya gəmiçiliyini hədəfə almaq və Hörmüz boğazından iqtisadi təzyiq və ya hədə-qorxu tətbiq etmək üçün bir vasitə kimi istifadə etmək hərəkətinin dəniz piratçılığı təşkil etdiyi vurğulanıb.
