İndoneziya sahillərində 7,7 maqnitudada zəlzələ olub.
Heftelik.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Labuan-Bajo şəhərindən 161 km şimal-şərqdə, 35 km dərinlikdə yerləşib.
Zəlzələ nətincəsində 20 nəfər ölüb, 6 nəfər xəsarət alıb. İki nəfərin dağıntılar altında qaldığı bildirilib.
