Gürcüstanın paytaxtı Tbilisiyə yağan güclü yağışlar bir sıra problemlərə səbəb olub.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, intensiv yağıntılar səbəbindən küçələr, zirzəmilər və bir neçə metro stansiyası su altında qalıb.
Şəhərin Saburtalo rayonunda qaz kəməri zədələnib, nəticədə ətraf ərazidə yaşayan sakinlər təxliyə ediliblər.
