Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Şəmkir kanalının Samux rayonu, Qarabağlar kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Heftelik.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
2014-cü il təvəllüdlü M. Mudayevin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
