İran müharibənin yekun olaraq dayandırılması ilə bağlı ABŞ ilə razılığa gəlmək cəhdlərində irəliləyişin olmaması fonunda öz siyasətini müdafiədən hücuma dəyişmək qərarına gəlib.

Heftelik.az xəbər verir ki, bu barədə “Reuters”ə yüksək vəzifəli İran rəsmisi bildirib.

Qeyd edilib ki, münaqişənin dayandırılması və strateji əhəmiyyətli Hörmüz boğazı vasitəsilə neft tankerlərinin hərəkətinin bərpası üzrə danışıqlar dalana dirənib. Bununla belə, hərbi əməliyyatların tezliklə dayanacağına dair hələlik heç bir əlamət yoxdur.  İran rəsmisi bildirib ki, ölkənin strukturları Hörmüz boğazında və bütövlükdə regionda gərginliyin artmasına hazır olmalıdır, çünki mürəkkəb vəziyyətlərdə Tehran qərarlar qəbul etməyə və addımlar atmağa hazır olacaq.

O əlavə edib ki, diplomatik səylər uğursuz olarsa, Tehran ABŞ-nin hərbi-dəniz blokadasını yarmaq üçün “vaxtında və dəqiq” hərbi zərbə endirəcək.

Bazar ertəsi, İran və ABŞ-nin 17 iyun tarixində imzalanmış anlaşma memorandumu çərçivəsində yekun razılığa gəlməli olduqları gözlənilən müəyyən edilmiş tarix idi.