Qadın futbolçulardan ibarət Azərbaycan millisinin futbolçuları Yeliz Açar, Esra Manya “Beşiktaş”la, Peritan Bozdağ isə “Fənərbağça” ilə müqavilə müddətini uzadıb.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, milli üzvlərinin Türkiyə klubları ilə yeni müqaviləsinin müddəti 2026/2027 mövsümünü əhatə edəcək.