Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsi mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi akt layihəsi isə əlaqədar mərkəzi icra hakimiyyəti orqanları ilə razılaşdırılır.
Bu tələblər müxtəlif dövlət orqanlarının səlahiyyətlərinə aid məsələlər üzrə layihələrin razılaşdırılmasını təmin edir.
Beləliklə, normativ hüquqi aktların hazırlanması zamanı aidiyyəti dövlət qurumlarının mövqelərinin nəzərə alınması nəzərdə tutulur.
