Gədəbəy rayon sakini, 1973-cü il təvəllüdlü Elnur Hüseynovun idarə etdiyi “KIA Sorento” markalı minik avtomobili ilə Şəmkir rayonunun Mahmudlu kənd sakini, 1981-ci il təvəllüdlü Ə. Aslanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil toqquşub.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Hadisə zamanı 1982-ci il təvəllüdlü A. Cəfərli, 1976-cı il təvəllüdlü Z. Hüseynova, 1976-cı il təvəllüdlü S. Hüseynli, 1973-cü il təvəllüdlü E. Hüseynov, 1972-ci il təvəllüdlü E. Hüseynli, 2021-ci il təvəllüdlü Q. Aslanov və 14 yaşlı Z. Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qıza nəticəsində 2018-ci il təvəllüdlü Z. Vəliyeva, 1992-ci il təvəllüdlü H. Həmzəyeva, 1981-ci il təvəllüdlü A.Aslanov və daha iki nəfər ölüb.

***

saat 18.29

Şəmkirdə yol qəzasında ölənlərin sayı artıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, yol qəzası nəticəsində ölənlərin sayı 4-ə çatıb.

***

saat 18.14

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə “VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub.

İlkin məlumata görə, qəza zamanı 3 nəfər ölüb, xəsarət alanlar var.