Salyan rayonunda erkən evliliklə bağlı aşkar edilmiş cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb.

Heftelik.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, təkrar risklərin aradan qaldırılması məqsədilə ailə Salyan Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən qeydiyyata alınıb, müntəzəm monitorinq işlərinin həyata keçirilməsi planlaşdırılıb:

“Erkən evlilik hallarının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə səbəb olduğu valideynlərin nəzərinə çatdırılıb”.