Gecə saatlarında Füzuli rayonunda yeniyetmə oğlanın meyiti tapılıb.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb.

Avqustun 18-i saat 01 radələrində 2010-cu il təvəllüdlü Fəqan Dəryatqulu oğlu Məhərrəmovun meyiti yaşadığı evin həyətində aşkar edilib.

Onun ölümü ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.