Hacıqabulda qətl törədilib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki,  hadisə Hacıqabul şəhərində İ. Qayıbov küçəsində minik avtomobilində baş verib.

Hacıqabul sakini, 2007-ci il təvəllüdlü Zeynəb Qocayeva qardaşı tərəfindən boyun nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs könüllü olaraq polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.