Qanunvericiliyin sistemləşdirilməsi anlayışı və onun əsas üsulları müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Sistemləşdirilmə normativ hüquqi aktların vahid və uzlaşdırılmış sistemə çevrilməsini nəzərdə tutur.
İnkorporasiya aktların məzmunu dəyişdirilmədən toplularda birləşdirilməsidir.
Məcəllələşdirmə isə aktların yenidən işlənərək vahid normativ hüquqi aktda birləşdirilməsini ifadə edir.
