Qanunun tətbiq olunduğu digər hüquqi aktların dairəsi də müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Konstitusiya Qanunu referendum aktlarının hazırlanması, şərhi və sistemləşdirilməsi qaydalarına da şamil edilir.
Beynəlxalq müqavilələr, texniki normativ hüquqi aktlar və lokal normativ hüquqi aktlar da bu çərçivəyə daxildir.
Normativ xarakterli aktların rəsmiləşdirilməsi və dərci də həmin qaydalarla tənzimlənir.