Bakıda küçədə söyüş söyən qadın həbs olunub.
Heftelk.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən vərəm dispanserinin qarşısında qeydə alınıb.
42 yaşlı Sevinc Allahverdiyeva (şərti adla) qeyd olunan ərazidə mobil telefonla danışarkən nalayiq ifadələr işlədib. Bu zaman ərazidə xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq, nizam-intizama dəvət ediblər. Lakin qadın buna məhəl qoymayıb və qaçmağa çalışıb. Polis əməkdaşları ona imkan verməyərək, saxlayıblar. Şöbədə şəxs barəsində müvafiq protokollar tərtib olunub.
Həmçinin məlum olub ki, qadın Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə də axtarışda imiş.
Məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs olunub.
