Əqli Mülkiyyət Agentliyinin “Əqli mülkiyyət” jurnalının baş redaktoru Ədalət İsmayılov (Ədalət Mədətoğlu) dəfn olunub.
Heftelik.az xəbər verir ki, bu barədə Lent.az-a onun yaxınları məlumat verib.
Jurnalist Şüvəlan qəsəbəsində, “qədim qəbiristan”lıq adlanan ərazidə bacısı Sədaqət İsmayılovanın məzarı yanında torpağa tapşırılıb.
Onun dəfn mərasiminə ailə və qohumları, sənət və iş yoldaşları gəlib.
Xatırladaq ki, Ədalət İsmayılov ötən gün axşam 58 yaşında dünyasını dəyişib.
