Aparıcı Kamilə Babayevaya ağır itki üz verib.

Heftelik.az Lent.az-a istinadən  xəbər verir ki, aparıcının anası Münəvvər xanım vəfat edib.

Aparıcı Kamilə Babayevanın anasının ölümü ilə bağlı təfərrüat da məlum olub. Aparıcının anasının meyiti yaşadığı evdə aşkarlanıb.

Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 77 yaşlı Babayeva Münəvvər Yəhya qızı yaşadığı evdə, bağlı qapı arxasında ölü halda aşkarlanıb. Onun ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.