
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin işdən çıxarılması ilə bağlı məlumat yayılmışdı.
Heftelik.az xəbər verir ki, “Unikal” məlumatı dəqiqləşdirmək üçün qurum rəsmisi ilə əlaqə saxlayıb.
Anar Nəcəfli isə “yollarla bağlı sorğunuz varsa, buyurun”, – deyə bildirib.
***
saat 09.53
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli tutduğu vəzifədən azad edilib.
Heftelik.az Gununsesi.info-ya istinadən xəbər verir ki, Anar Nəcəfli artıq AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışmır.
Onun vəzifədən azad edilməsinin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.
Diqqətçəkən məqam onun hələ də sosial şəbəkədə qurumla bağlı paylaşımlara davam etməsidir.
