Astarada bir nəfərin dənizdə batması barədə FHN-nin Cənub Regional Mərkəzinə məlumat daxil olub.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Astara şəhər ərazisində, nəzarət olunmayan hissədə baş verib.

Masallı rayonunun Kosagül kənd sakini olan 1990-cı il təvəllüdlü Elmar Bəybala oğlu Məmmədli yaxın qohumları ilə çimmək üçün dənizə gəlib.

Əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunub və axtarışlara başlanılıb.

Hazırda xilasedicilər 36 yaşlı Elmar Məmmədlinin axtarışlarını aparır.

Qeyd edək ki, Elmar Məmmədli ailəlidir və 5 uşaq atasıdır.

***

saat 10.55

Astara rayonunda ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən Heftelik.az-a verilən xəbərə görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş – 1990-cı il təvəllüdlü Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.