Azərbaycan 34 hədəf turizm ölkəsi ilə vizasız gediş-gəliş rejimi tətbiq edəcək.

Heftelik.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramına əsasən, 2026-2030-cu illər ərzində ümumvətəndaş pasportu əsasında 34 hədəf turizm ölkəsinin vətəndaşlarına münasibətdə vizasız gediş-gəliş rejiminin tətbiqi təmin edilməlidir.