Azərbaycanın turizm səfirləri olacaq.

Heftelik.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Paroqramına əsasən, Dövlət Turizm Agentliyi Xarici İşlər Nazirliyi ilə birlikdə 2026–2030-cu illər ərzində Azərbaycan Respublikası üçün Turizm Səfiri Proqramının yaradılmasını, turizm səfirlərinin iştirakı ilə Azərbaycana tanıtım səfərlərinin təşkili, sosial media və rəqəmsal platformalarda tanıtım kampaniyalarının həyata keçirilməsini, azı 1 beynəlxalq tanınmış şəxsin Turizm Səfiri kimi cəlb edilməsi, minimum 5 birgə rəqəmsal məzmunun hazırlanması və azı 50 milyon baxış və yüksək əhatə göstəricilərinin əldə edilməsini təmin etməlidir.