Qanunda qanunvericilikdə boşluqlar və onların aradan qaldırılması yolları izah edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Qanunvericilikdə boşluq konkret ictimai münasibətləri tənzimləyən normanın olmaması deməkdir.
Belə hallarda qanunun analogiyası tətbiq oluna bilər.
Oxşar normalar da olmadıqda isə hüququn ümumi prinsiplərinə əsaslanan hüququn analogiyasından istifadə edilir.
