İsmayıllıda qəzada ölən və yaralananların kimliyi məlum olub.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, ölənlərdən biri 2026 cı il təvəllüdlü körpədir.

Hadisə nəticəsində ölənlərdən digəri isə 60 yaşlı Elina Məmmədovadır.

Qəza nəticəsində 29 yaşlı Türkanə Sadıqova, 25 yaşlı İlahə İsmayılova, 25 yaşlı Məmməd Məmmədov, 25 yaşlı Faiq İsmayılov və 25 yaşlı Zahid Nuriyev xəsarət alıb.

***

saat 13.53

İsmayıllıda yol qəzası baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 12 radələrində İsmayıllı rayonu ərazisində “Hyundai” və “Lynco” markalı avtomobillər toqquşub.

Nəticədə 2 nəfər ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.