Mançester Yunayted” yarımmüdafiə xəttini gücləndirmək üçün “Brayton”un futbolçusu Karlos Balebaya 65 milyon funt sterlinq təklif edib.
“
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, 22 yaşlı Kamerun millisinin üzvü ilə bağlı klublar arasında danışıqlar davam edir. “Brayton”un daha əvvəl oyunçu üçün 100 milyon funt tələb etdiyi, lakin indi daha aşağı məbləğə razılaşa biləcəyi bildirilir.
Baleba hazırda ayaq biləyinin bağlarından aldığı zədəni sağaldır. Buna baxmayaraq, Mançester təmsilçisi futbolçunun transferində israrlıdır. Klub onu komandadan ayrılan Kazemironun mümkün əvəzləyicisi hesab edir.
“Mançester Yunayted” daha əvvəl “Atalanta”nın yarımmüdafiəçisi Ederson üçün 35 milyon funtluq razılaşmadan tibbi müayinə ilə bağlı narahatlıq səbəbindən geri çəkilib. Baleba 2023-cü ildə “Lill”dən “Brayton”a 23 milyon funt qarşılığında keçib. Transfer rəsmiləşərsə, bu, İngiltərə klubunun yayda həyata keçirdiyi ən diqqətçəkən sövdələşmələrdən biri olacaq.
