Normativ hüquqi aktların vahid sistem şəklində formalaşdırılması nəzərdə tutulub.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Bu sistem hüquqi aktların iyerarxiyası və qarşılıqlı uzlaşdırılması prinsiplərinə əsaslanır.
Normativ hüquqi aktların daxili uyğunluğu da təmin edilməlidir.
Məqsəd ictimai münasibətlərin hüquqi tənzimlənməsini vahid əsaslarla həyata keçirməkdir.
