ABŞ Prezidenti Donald Tramp İrana qarşı “indiyə qədər heç bir ölkə əleyhinə tətbiq olunmayan, misli görülməmiş” miqyasda iqtisadi müharibə və təcridetmə elan edib.

Heftelik.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında bildirib.

Tramp İrana razılaşma əldə etmək üçün böyük fürsətlər verdiyini, lakin İranın həmin fürsətlərdən istifadə etmədiyini deyib.

ABŞ Prezidenti İrana qarşı indiyə qədər ən məhvedici iqtisadi əməliyyat başlatdığını bəyan edib.

“Onların donanması yoxdur, Hərbi Hava Qüvvələri məhv edilib, hərbi zavodları xarabalığa çevrilib, milli valyutaları isə ipdən asılmış vəziyyətdədir”, – Tramp iddia edib.

O, həmçinin, İrana nəfəslik vermək üçün öz maliyyə qurumlarından, hava limanları və biznes şəbəkələrindən, eləcə də hökumət qurumlarından istifadə edən istənilən ölkənin “inanılmaz iqtisadi nəticələrlə” üzləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

Tramp bu əməliyyatı “İqtisadi D-Günü” adlandırıb.

“Bu tarixi tədbirlər onları və onların dünyada terror yaymaq potensialını şikəst edəcək. İran heç vaxt nüvə silahına sahib olmayacaq”, – Tramp qeyd edib.