Normativ hüquqi aktlara yeni struktur elementlərin əlavə olunması qaydası müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Normativ hüquqi aktlar haqqında” qanunda əksini tapıb.
Yeni bölmə, fəsil, maddə və ya hissə əlavə nömrə ilə daxil ediləcək.
Bu zaman mövcud struktur elementlərinin nömrələri dəyişdirilməyəcək.
Beləliklə, hüquqi sənədlərin sistemliliyi qorunacaq.