Gəncədə qətl hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə Yeni Qəsəbədə qeydə alınıb.

İlkin məlumata görə, qəsəbə sakini 1978-ci il təvəllüdlü Q. Muxtarovanı yaşadığı evdə oğlu 2002-ci il təvəllüdlü E. Mirzəyev boğaraq öldürüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.