Portuqaliya Prezidenti Antoniu Joze Sequro ictimai yerlərdə üzü tamamilə örtən geyimlərdən istifadəni qadağan edən qanunu imzalayıb.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən təşəbbüs iyul ayında Portuqaliya parlamentində qəbul edilmişdi.
Yerli media həmin sənədi “niqab haqqında qanun” adlandırır.
Qanun həmçinin din, cins, yaş və mənşə ilə əlaqəli səbəblərdən kimisə bu cür paltar geyinməyə vadar etməyi də qadağan edir.
Qaydaları pozan şəxslər isə 150 avrodan 3000 avroya qədər cərimə oluna bilər. Məhdudiyyətlər sağlamlıq, peşə fəaliyyəti, yaradıcılıq və hava şəraiti ilə bağlı sözügedən geyimlərdən istifadə edənlərə şamil edilməyəcək.
