Xalq artisti, “Şöhrət” ordenli aktrisa Şükufə Yusupova ağır yol qəzasına düşüb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, dünən saat 18.00 radələrində Həsən Hüseynli idarə etdiyi “77-UD-238” dövlət qeydiyyat nişanlı “Nissan Note” markalı minik avtomobili ilə  Səbail rayonun Həsən Seyidbəyli küçəsində (“İçərişəhər” metrostansiyasının yaxınlığında) piyada keçidindən keçərkən  Xalq artisti Şükufə Yusupovanı vurub.

Hadisə nəticəsində onun qabırğaları, çanaq sümüyü sınıb, öd kisəsi zədələnib.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib ki, sünən saat 18:44 radələrində 1954-cü il təvəllüdlü şəxs (Şükufə Yusupova – red.) Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub. Xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib.

Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.