Bakıda aptekdə çalışan şəxs iş başında vəfat edib.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.

Belə ki, bu gün saat 03 radələrində Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Orxan Fariz oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti mühafizəçi işlədiyi Bakıxanov qəsəbəsi B.Bünyadov küçəsindəki köhnə aptek bazada tapılıb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.