Paytaxtın Xətai rayonunda hündürmərtəbəli yaşayış binasında mənzil sahibi tərəfindən yandırılıb.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, yanğın hadisəsini qəsdən törətməkdə şübhəli bilinən 47 yaşlı şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi məlum olub.
Onun xüsusi təyinatlı tibb müəssisəsinə yerləşdirilməsi təmin olunub.
